Günün videosu
Argentinada komendant saatı tətbiq ediləcək
Argentinanın baş naziri Santiaqo Kafiero bəyan edib ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün ölkədə komendant saatı tətbiq ediləcək.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Baş nazir bildirib ki, bütün qubernatorlarla gecə hərəkətinin qadağan edilməsi zərurəti barədə razılıq əldə edilib, tətbiq ediləcək digər qadağaların dəqiq siyahısı müəyyən edildikdən sonra ictimaiyyət üçün açıqlanacaq.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxan 1,6 milyon nəfərin 43 785-i vəfat edib.