ABŞ-da qəribə hadisə - Sərnişinlər özlərini təyyarədən yerə atıb

  • 06 yan 2021, 13:20
Amerikanın Florida əyalətinin sakinləri Antonio Merdok və Brianna Qreko təyyarə uçuş zolağına keçərkən müstəqil olaraq qapını açıblar və təyyarədən yerə tullanıblar. Qəribə hadisə ötən ay baş verib. 
"Demokratik.Az"-ın"SNN"-ə istinadə məlumatına görə, hadisə Nyu-Yorkdakı La-Guardia hava limanında baş verib. Delta-Airlines aviaşirkətinə məxsus təyyarə Corciya ştatına Atlantaya uçmağa hazırlaşırmış. Bu zaman Merdok və Qreko adlı sərnişinlər qəfildən yerlərindən qalxaraq kabinəyə daxil olublar, ardınca da təcili evakuasiya üçün istifadə olunan şişmə nərdivanı işə salıblar. Sonra da qapını açıb təyyarədən aşağı tullanıblar.
Qanunu pozanlar dərhal saxlanılaraq barələrində təyyarənin kabinəsinə qanunsuz giriş ittihamı irəli sürülüb. Bundan əlavə, onlar ziyan vurmaqda və digər sərnişinlərin həyatı üçün təhlükəli bir vəziyyət yaratmaqda günahlandırılıblar.
Hadisəni törədənlər stress və əsəb pozğunluğundan əziyyət çəkdiklərini, həmin an özlərində olmadıqlarını bildiriblər.
Demokratik.Az
Oxşar xəbərlər