4 ölkə Qətərin blokadasını ləğv etdi - BƏƏ-dən açıqlama

  • 05 yan 2021, 09:32
Körfəz birliyini yenidən quracağımız tarixi bir zirvənin ərəfəsindəyik.
Axar.az xəbər veri ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş bildirib.
"Bizim üçün prioritet məsələ xalqımızın və dövlətimizin təhlükəsizliyi, sabitliyi və inkişafıdır. Doğru yoldayıq, ancaq daha çox çalışmalıyıq", - Qarqaş deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətərlə quru, hava və dəniz sərhədlərinin açılması yönündə qərar verib.
Oxşar xəbərlər