Pandemiya dövründə milyarderlərin sərvəti daha da artıb

  • 16 dek 2020, 22:36
2020-ci ildə koronavirus pandemiyasına və onun doğurduğu fəsadlara baxmayaraq, dünyanın ən zəngin sakinləri daha da varlanıblar.

Bu bardə "Report" "Forbes"ə istinadən xəbər verir.

Bildirilir ki, 11 dekabr tarixinə olan vəziyyətə görə dünyanın 2 200 ən zəngin sakininin məcmu varidatı ötən ilin müvafiq dövrünə nisbətən 1,9 trilyon ABŞ dolları (20 faiz) artaraq 11,4 trilyon ABŞ dollarına çatıb.

Nəşrin hesablamalarına görə, o cümlədən 400 çinli milyarderin məcmu varidatı 750 milyard ABŞ dolları (60 faiz) artaraq, 2 trilyon ABŞ dollarına çatıb. Qeyd edilir ki, 600 amerikalı milyarder 560 milyard ABŞ dolları varlanaraq, 4 trilyon ABŞ dolları, 40 fransalı zəngin isə 95 milyard ABŞ dolları varlanaraq, 500 milyard ABŞ dollarına sahib olublar.
Oxşar xəbərlər