İranda alim 9 il azadlıqdan məhrum edilib

  • 14 dek 2020, 21:28
Böyük Britaniya və İranın antropoloq və sosioloq alimi Kamil Amadi “dağıdıcı” elmi fəaliyyətinə görə İslam Respublikasında 9 il müddətinə azadlıqdan məhrum edilib, 600 min avro məbləğində cərimələnib.
“Report” xəbər verir ki, məlumatı İranın “Təsnim” xəbər agentliyi yayıb.
Bildirilib ki, alim xarici düşmən KİV, Avropa təşkilatları ilə əməkdaşlıq, İranda insan haqlarının pozulmasına dair yalan informasiya yaymaqda ittiham olunub.
Ona vəkili ilə görüşməyə icazə verməyiblər.
Kamil Amadi İranda uşaq nikahlarının bağlanması, qadınlarn sünnət edilməsi ilə bağlı da araşdırma aparırmış.
O, 2019-cu ildə xarici kəşfiyyat və şübhəli təşkilatlarla əlaqəyə görə həbs edilmiş, bir müddət sonra girov qarşılığında sərbəst buraxılmışdı.
Oxşar xəbərlər