Koronavirusdan qorunmağın populyar yolu faydasız hesab edildi

  • 10 dek 2020, 19:02
Fukuoka Universitetindən olan yaponiya alimləri tez-tez istifadə olunan üz qalxanlarının koronavirusun hava-damcı yolu ilə ötürülməsindən qorumadığını müəyyən ediblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onların araşdırmalarının nəticələri “Physics of Fluids” jurnalında dərc olunub.
Mütəxəssislər yaxınlıqdakı yoluxmuş şəxsin asqırdığı zaman meydana gələn hava axınının qalxan ətrafındakı hərəkətini təhlil ediblər.
Məlum olub ki, asqırma və ya öskürmə tədricən qeyri-sabit hala gələn və üç ölçüdə deformasiyaya uğrayan burulğan halqalar yaradır. Onlar qalxanın yuxarı və aşağı kənarlarına çatdıqda ekranın altına düşürlər.
Asqıran şəxsin yanındakı insanın nəfəs alması burulğan halqasının qalxana daxil olması ilə üst-üstə düşərsə, yoluxmuş hissəciklərin nəfəs borusuna da daxil olması qaçılmaz olacaq.
İndi alimlər fərdi qoruyucu vasitələrin təkmilləşdirilməsi üzərində işləyir, qalxanın ekranına daxil olan hava axını hissəcikləri ilə nəfəs alma riskini azaltmağa çalışırlar.
Oxşar xəbərlər