Günün videosu
Sarkisyan İordaniyaya gedir
Ermənistan prezidenti Armen Sarkisyan bu gün İordaniyaya səfərə gedir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər işgüzar xarakter daşıyır. Sarkisyan İordaniya Kralı II Abdullahla görüşəcək.
Tərəflər iki ölkə arasındakı münasibətlərin inkişafı ilə yanaşı, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Qeyd edək ki, Sarkisyan və II Abdullah sonuncu dəfə 2019-cu ilin aprelində Ermənistan prezidentinin İordaniyaya səfəri zamanı görüşüblər.