İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı

  • 23 noy 2020, 10:49
“SpaceX” şirkətinin təsisçisi və “Tesla”nın baş direktoru İlon Mask bir həftə ərzində sərvətini 13.5 milyard dollar artırıb.
Onun sərvətinin artmasına səbəb isə “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 20 faiz yüksəlməsi olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat verib.
22 noyabrda jurnalın milyarderlər reytinqində Maskın sərvəti 104.5 milyard dollar təşkil edib. O, bu göstərici ilə reytinqin dördüncü pilləsində qərarlaşıb.
“Bloomberg” isə milyarderin sərvətini 121 milyard dollar dəyərində qiymətləndirib və İlon Mask nəşrin reytinqində üçüncü pillədə dayanıb.
Oxşar xəbərlər