Paşinyan ordu islahatlarına başlayacağını deyib

  • 22 noy 2020, 12:05
"Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu anlamalıyıq”.
Bizim.Media erməni mətubatına istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən bu sözləri deyib.
O, Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini qeyd edib.
“Orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə üzləşdiyimiz açıqdır. Ordunun uğurlu fəaliyyəti üçün Silahlı Qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmaq lazımdır”-deyə o əlavə edib.
Oxşar xəbərlər