Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Lavrovdan növbəti Qarabağ açıqlaması: "ittihamlar vicdansızlıqdır..”
Lavrovdan növbəti Qarabağ açıqlaması: "ittihamlar vicdansızlıqdır..”
- 19 noy 2020, 19:30
"Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərinə xəyanət etməsi ilə bağlı ittihamlar vicdansızlıqdır”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib.
“Görürsünüz ki, Rusiyanın politoloji mühitində də baş verənlər necə vicdansız şəkildə şərh edilir. Bəzi analitiklərimiz bizi birbaşa Kollektiv Təhlükəsizlik Müqaviləsindəki öhdəliklərimizə xəyanət etməkdə günahlandırırlar. Əvvəla, düşünmürəm, ki həmin insanlar sadəcə siyasi cəhətdən savadsızdır, hüquqi cəhətdən təhsilsizdir. İkincisi, KTMT-nin öhdəliklərinin müstəsna olaraq təşkilata üzv dövlətin xarici təcavüzdən birgə müdafiəsini əhatə etdiyini bilməmiş deyillər, bu da təbii ki, Ermənistanla baş vermədi. Belə nümunələr çoxdur. Onları xaricdə və Rusiya Federasiyasındakı müəlliflərin vicdanına buraxıram”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Nazir Rusiyanın Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar siyasi xal və nüfuz qazanmaq niyyətində olmadığını qeyd edib: “Biz 9 noyabr razılaşmasını və Rusiyanın ona nail olmaqdakı rolunu necə izah etməyə çalışdıqlarını fəlsəfi şəkildə qəbul edirik. Tamamilə diametral zidd mövqelər. Bir tərəfdən “Rusiya demək olar ki, hamını aldadıb, az qala əsas fayda götürən oldu”. Digər qütbdə isə “Rusiya müttəfiqlərinə xəyanət etdi”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rusiya KTMT-yə ermənini rəhbər gətirir
PUTIN MÜDAFİƏ NAZİRİNİ TƏCİLİ BAKIYA GÖNDƏRİR
Erməni baş katib Türkiyəni hədələdi? – Ekspert
Rusiyanın ABŞ-a cavabı gecikmədi – Qarabağ
Sergey Lavrov yenə nala-mıxa vurur, "Qarabağ Azərbaycanındır!" demir
XİN rəhbərləri İrəvana toplaşdı
Putinin hərbi ittifaqının sammitində Qarabağ təxribatı
Putin “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən imtina edir
Zakir Həsənov İranda səfərdədir
Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü deyil
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti