Məhəmməd Salahın COVID-19 testi yenə müsbət çıxdı

  • 18 noy 2020, 21:42
Misir milli komandasının futbolçuları Məhəmməd Salah və Məhəmməd Elneni növbəti dəfə koronavirus testindən keçib.

Modern.az-ın məlumatına görə, Misir Futbol Assosiasiyasının rəsmi saytında hər iki oyunçunun test nəticəsinin müsbət olduğu bildirilib.
 
Qeyd edək ki, İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. "Arsenal"da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb.
Oxşar xəbərlər