Türkiyədə zəlzələ olub

  • 15 noy 2020, 11:22
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.
“Report”un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:22-də qeydə alınıb. Zəlzələnin episentri Pülümür rayonunda, zəlzələ ocağı 10,06 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.
Oxşar xəbərlər