Paşinyan Rusiya və Türkiyəni böyük müharibəyə cəlb etmək niyyətindədir

  • 05 okt 2020, 18:06
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Ermənistan qarşısındakı öhdəliklərini xatırladıb və deyib ki, o, Moskvanın öz hərbi öhdəliklərini yerinə yetirəcəyinə əmindir. 
Məlum olduğu kimi, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik sazişi mövcuddur və tərəflərin biri hücuma məruz qalanda o biri kömək etməlidir. 
İndi Paşinyan Azərbaycan ordusunun öhdəsindən təkbaşına gələ bilməyəcəyini görərək, sağa-sola həmlələr edir, hiylələr düşür. 
Həmin hiylələrdən biri də odur ki, Ermənistan Azərbaycanın şəhərlərini öz ərazisindən raket atəşinə tutacaq, axırda Azərbaycan həmin atəş nöqtələrini susdurmaq məqsədi ilə atəş qurğularını vuracaq və bu zaman Ermənistanın ərazisinə düşən raketlər Ermənistana və avtomatik olaraq Rusiyaya hücum sayılacaq. Rusiya hərbçiləri məsələyə qarışandan sonra isə Azərbaycan əsgərini durdurmaq mümkün olacaq - ermənilər belə düşünür.
Uşaq fantaziyasına örnək ola biləcək bu düşüncədən bizim ölkədə də, regionda da hər kəs xəbərdardır və bu kimi təxribatlarla Azərbaycanı yolundan sapdırmaq istəyən Paşinyan və onun kimi düşünənlər yanılırlar. Çünki Azərbaycanın qarşısındakı hədəf aydındır - öz torpaqlarını azad etmək.
Belə görünür ki, Rusiya tərəfi də Ermənistanla imzaladığı hərbi sazişin detallarını yaxşı bilirlər və Ermənistan liderlərinin nə düşündüklərindən, nə plan qirduqlarından xəbərdardırlar.
İşə baxın, onlar noxud boyda olan beyinləri ilə əvvəlcə Rusiyanı, sonra da Türkiyəni müharibəyə cəlb edərək, öz cılız niyyətlərini gerçəkləşdirmək üçün böyük müharibə törətmək istəyirlər.
Ancaq bu niyyətin ermənilərin öz başında çatlayacağı şübhəsizdir.
Oxşar xəbərlər