Ermənistanda canlı qüvvə tükəndi - 600 polis zorla cəbhəyə göndərilir

  • 04 okt 2020, 18:59
Azərbaycan ordusu tərəfindən pərən-pərən düşmüş düşmən tərəfi cəbhəyə göndərməyə nə hərbi texnika, nə də ki, canlı qüvvə tapa bilmir. Öz tarixi torpaqlarının azadlığına sevinən Azərbaycandan fərqli olaraq, öz xalqını növbəti terrorçuluğa və işğala çağıran Paşinyan hakimiyyəti və qondarma DQR başıpozuğu Arutunyan son həmlələrini edə-edə Ermənistanı da özləri kimi özünüməhvə aparır.
Demokratik.Az bildirir ki, döyüşdə uduzan Paşinyan müvəqqəti də olsa müqavimət sərgiləmək naminə ölkənin 600-ə qədər polisini də Azərbaycan torpaqlarında pusquya göndərməyi hədəfləyib. Lakin, elə erməni saytlarının da yazdığı həqiqət var ki, Ermənistan tərəfi 27 illik bir işğala təcili son qoymazsa, Azərbaycanın rəşadətli ordusunun zərbələri nəticəsində tamamilə məhv olacaq!
Xatırladaq ki, erməni tərəfi ötən gündən etibarən yaşı 50-dən çox olan şəxsləri və qadınları belə öz qanunsuz silahlı birləşmələrinə cəlb edərək döyüşlərə yollayır. Bu isə bir daha isbat edir ki, Ermənistan rəhbərliyi həm siyasi, həm hərbi, həm də elektorat baxımından tamamilə məhv olub...
Demokratik.Az
Oxşar xəbərlər