Ermənilər yəhudilərə nəyə görə nifrət edir – Şərh

  • 02 okt 2020, 22:06
Bu gün rəsmi İrəvanın İsrailə qarşı atdığı addımların kökündə tarixi reallıqlar dayanır.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın öz səfirini İsraildən geri çağırmasını şərh edərkən deyib.
O qeyd edib ki, Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var:
“Ermənilər Birinci Dünya müharibəsi dövründə guya özlərinə qarşı olan “qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanınması məsələsində İkinci Dünya müharibəsi dövründə yəhudi xalqının soyqırıma məruz qalmasını əsas maneə kimi görürlər. Halbuki Hitlerin ordusunda xidmət edən Nijde Qaragen və bir çox digər erməni faşistləri ən qəddar üsullar ilə məhz yəhudilərə qarşı soyqrım həyata keçiriblər. Bunun ən sadə bənzəri və nümunəsi Xocalıda azərbaycanlılara qarşı törədilən amansız soyqırım aktıdır. Hər iki soyqırıma diqqətlə baxdıqda erməni vandalizmi, qəddarlığı aydın şəkildə görünür. Bu mənada bu gün Ermənistanın İsrailə yeni təyin etdiyi səfirini geri çağırması antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil”.
Politoloqun sözlərinə görə, ermənilər erməni-yəhudi qarşıdurmasının tarixi kökləri olduğunu bilir, bunu semitlərlə arilərin qarşıdurması kimi qələmə verirlər:
“Yəhudi xalqı tarix boyu Azərbaycan ərazisində şad-xürrəm yaşayıb, öz dini, milli kimliyini, adət-ənənələrini sərbəst şəkildə ifadə edə biliblər. Yəni dünyanın başqa regionlarında yəhudilər amansız işgəncələrə, təqiblərə məruz qaldığı halda, Azərbaycan bu xalqın doğma vətəni olub, onları da öz parçası bilib. Azərbaycanın əksinə isə ermənilər yəhudilərə nifrət edirlər. Ermənilər bunu semitlərlə arilərin qarşıdurması kimi qələmə verirlər. Onu da deyim ki, Qriqoryan kilsəsi İsa peyğəmbərin ölümünü hər zaman yəhudilərin günahı kimi təqdim edir. Bu kilsə mahiyyət etibarilə yəhudilərə qarşı hələ də orta əsrlər təfəkkürü ilə nifrət və antisemitizmi bəsləyir.
Nifrəti özlərinə milli kimlik edən erməni xalqı bu gün türklər qədər yəhudi xalqını da özü üçün düşmən bilir. Heç təsadüfi deyil ki, ötən əsrin əvvələrində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olmuşdur.
ASALA kimi terror təşkilatlarının ali hədəfi türklərlə yanaşı, həm də yəhudiləri əsaslı surətdə məhv etməkdir. 1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münhendə Olimpiya oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak etmişdi. Bütün bu və digər faktlar bir daha ermənilərin əsl üzünü göstərir”.
Oxşar xəbərlər