İran döyüş dronları istehsalında özünütəmin səviyyəsinə çatdı

  • 26 sen 2020, 07:56
Demək olar, yerli istehsal məhsulu olan 200 pilotsuz uçan aparat (PUA) sentyabrın 23-də İran İslam İnşilabı Keşikçiləri Korpusunun (İİKK) sərəncamına verilib. Xəbəri «Fars» xəbər agentliyi yayıb.
Tədbirdə İİKK-nun baş komandanı, briqada generalı Hüseyn Salami, İİKK Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Əlirza Tanqsiri və digər yüksək rütbəli zabitlər iştirak edib.
General Salaminin sözlərinə görə, 188 zərbə və kəşfiyyat donlarının İİKK HDQ verilməsi bir daha onun göstəricisi sayılmalıdır ki, İran günü-gündən özünümüdafiə qabiliyyətini möhkəmlədir və «müxtəlif silahlar, hərbi texnika istehsalı üzrə özünütəmin məqamına yüksəlib».
Kontr-admiral Tanqsiri də öz növbəsində iştirakçılara bildirib ki, yeni dronlar döyüş şəraitində mobil və stasionar dəniz hədəflərinin aerokosmik çəkilişini apara bilirlər.
İlk dəfə olaraq, məraimdə 3 yeni vertikal qalxma və enmə qabiliyyətli dron təqdim olunub. İİKK HDQ komandanı bildirib ki, bu aparatlar dəniz platforasından qalxa bilirlər.
Oxşar xəbərlər