Fransa və ABŞ-ın iki gəmisi Qara dənizi tərk edib

  • 26 sen 2020, 07:50
Fransa Hərbi Dəniz Qüvvələrinin "Dupuy de Lome" kəşfiyyat gəmisi və ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS Yuma" sürətli nəqliyyat-desant gəmisi Qara dəniz akvatoriyasını tərk ediblər.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Fransanın kəşfiyyat gəmisi Rusiyanın "Qafqaz 2020" strateji hərbi təlimləri fonunda 9 gün əvvəl Qara dənizə girmişdi.
ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS Yuma" gəmisi isə sentyabrın 16-sı Rumıniyaya "Patriot" raket hücumundan müdafiə kompleksləri gətirmişdi. Ruməniyadan sonra gəmi Gürcüstanın Batum limanında da olub.
Oxşar xəbərlər