Navalnı komadan ayıldıqdan sonra sosial şəbəkədə ilk statusunu yazdı

  • 15 sen 2020, 15:24
Rusiya müxalifətinin lideri Aleksey Navalnı bu gün komadan ayıldıqdan sonra sosial şəbəkədə ilk statusunu yazıb.

Demokratik.az xəbər verir ki, o, statusunda aşağıdakıları bildirib:
“Salam, bu, Navalnıdır. Sizlər üçün çox darıxıram. Hələ ki, heç nə edə bilmirəm, lakin artıq dünəndən özüm (aparatsız) nəfəs almağa başlamışam. Heç bir xarici kömək olmadan, boğazıma hər hansı nəfəs aparatı qoşulmadan...Bu çox xoş, möcüzəli hissdir. Sizə də məsləhət görürəm”,-deyə Aleksey Navalnının” statusunda bildirilir.
Qeyd edək ki, hazırda rusiyalı siyasətçi Almaniyanın “Şarite” klinikasında müalicəsini davam etdirir.
Xatırladaq ki, bu il avqustun 20-də Aleksey Navalnı Tomsk-Moskva təyyarəsi ilə səyahət edərkən halı qəfildən pisləşib, nəticədə, təyyarə yerə enməyə məcbur olub.
Almaniya hökuməti 3 müstəqil laboratoriyanın analizlərinə əsaslanaraq Aleksey Navalnını qanında siyasi sui-qəsdlərdə istifadə olunan “Noviçok” zəhərinin tapıldığını bildirib.
Oxşar xəbərlər