ABŞ İraqdakı hərbi heyətini yarıyadək azaldacaq

  • 10 sen 2020, 13:02
ABŞ İraqdakı ordusunu təxminən yarıya qədər azaltmaq niyyətindədir.

APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə Ağ Evin mətbuat katibi Keyli Makineni bildirib.
“Prezident Donald Tramp və Pentaqon bu gün İraqdakı əsgər sayında azalma olunacağını elan ediblər”, – deyə, amerikalı liderin sözçüsü qeyd edib.
Onun sözlərinə görə, İraqda yerləşən ABŞ əsgərlərinin sayı 5,2 mindən 3 minə endiriləcək.
Oxşar xəbərlər