Fransa: "Təcili islahatlar aparılmasa, Livan çökəcək"

  • 11 avq 2020, 10:31
Rəsmi Paris Livanın gələcək hökumətinin islahatlar aparacağını və bununla da ölkədəki siyasi və iqtisadi çöküşün qarşısını alacağını gözləyir.
Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
“Hazırda prioritet məsələ Beyrutun yenidən qurulması və təcili islahatlar keçirmək məcburiyyətində olan hökumətin formalaşdırılmasıdır. Əks halda, ölkə iqtisadi, sosial və siyasi çöküşün astanasında olacaq”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gün Livan hökuməti istefa verib.
Oxşar xəbərlər