Araz Ağalarov işçilərini koronavirusdan necə qurtarıb?

  • 04 avq 2020, 11:30
“Krokus Qrup” işçilərinin yaşadığı yataqxanada koronavirusun yayılması Moskva bölgəsində tikinti dayandırıldıqdan sonra 2020-ci ilin aprel-may aylarında başladı.
Bunu “Krokus Qrup” şirkətinin prezidenti Araz Ağalarov bildirib.
"Artıq bu barədə danışa bilərəm. Mənim 8500 işçim var və koronavirus infeksiyası onların yaşadığı yataqxanalarda yayılmağa başladı”, - Ağalarov deyib.
O, işçilərə “Arbidol” preparatının və askorbin turşusunun verildiyini, eləcə də temperaturları 37,1 dərəcəyə qalxdıqda antibiotik qəbul etdiklərini qeyd edib.
Ağalarov xəstə olmayan işçilərə gəzintilərə getmələrini tövsiyə etdiklərini də qeyd edib:
“Biz izah etdik ki, yataqxanada oturanda problemlər başlayacaq. Mütəq gəzmək lazımdır. Və bu, nəticə verdi. Beləliklə, demək olar ki, mən öz əllərimlə infeksiyanın qarşısını aldım"./axar.az/
Oxşar xəbərlər