Xəbər lenti
Bütün xəbərlər

Lukaşenko İrəvana "yox" dedi

  • 18 apr 2015, 17:08

Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 23-24-də Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən jurnalistlərə bildirilib.


XİN-nin məlumatına görə, bu səfərin təşəbbüskarı Belarus tərəfi olub. Belarusun dövlət başçısı bu ilin fevralında Gürcüstan jurnalistlərə deyib ki, ikitərəfli münasibətlərin müzakirəsi üçün Tiflisə rəsmi səfər etməyə hazırlaşır.

A.Lukaşenkonun səfəri çərçivəsində Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili və Baş nazir İrakli Qaribaşvili ilə görüşəcək. O, həmçinin Acarıstanın turizm imkanları ila tanış olmaq üçün Batumiyə getmək niyyətindədir.

Vurğulayaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko həm MDB-də, həm də Avrasiya İqtisadi İttifaqında birlikdə olan Ermənistanı bu addımıilə əsəbləşdirib. O, "erməni soyqırımı"nın 100 illik yubileyinə İrəvana dəvət olunsa da, bu səfərdən imtina edib və ermənilərə "sevgisini" bir daha göstərib.