Xəbər lenti
Bütün xəbərlər

“Dünyanın taleyini 5 ölkə həll edə bilməz“ - Ərdoğan

  • 17 apr 2015, 16:01
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Əhməd Yəsəvi universitetində onun üçün təşkil olunan tədbirdə çıxış edib.



Avropa.info xəbər verir ki, universitetin fəxri doktor titulu verdiyi Ərdoğan dünyanın taleyinin beş ölkə tərəfindən təyin olunması məsələsinə münasibət bildirib.

"BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanın taleyini müəyyən edə bilməz və müəyyən etməməlidir. Çünki dünya beşdən də böyükdür. Elə isə bütün dünyanın taleyini, nə üçün bu beş üzvdən bir dənəsinin qərarı müəyyən edir. Belə olsa bu dünya ədalətli bir dünya olmaz. Onun üçün əl-ələ verməyə məcburuq, həmrəy olmağa məcburuq."

O həmçinin Türkiyə dövləti olaraq tarixin və yerləşdiyi coğrafiyanın ölkəsinin çiyninə yüklədiyi bir çox cavabdehliklər olduğunu söyləyib.
Oxşar xəbərlər