Paşinyan qorxaqlığı: "müharibəyə oğlunun tərxis olunmasından sonra getdi"

  • 15 iyul 2020, 17:27
Ermənistanla Azərbaycan arasındakı toqquşmalar Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotun ordudan tərxis olunmasından üç gün sonra başladı.
Rusiyanın Lenta.ru saytının Azərbaycan və Ermənistan arasında gedən döyüş əməliyyatlarına həsr olunmuş “Atəş altında” məqaləsində belə deyilir.
Nəşr qeyd edir ki, Aşot Paşinyan Dağlıq Qarabağdakı xidmətini iyulun 9-da başa vurub.
“Bu gün bizim əsgər oğlumuz tərxis olunaraq evə qayıdır. Bütün çağırışçılara və əsgərlərimizə yaxşı xidmət, xidməti bitirən bütün əsgərlərimizə yaxşı qayıdış!”-deyə onda N.Paşinyan öz Facebook səhifəsində yazmışdı.
“Rosbalt” agentliyi isə bildirib ki, bu, təsadüf deyil, çünki Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən şəxsi maraqlarını ön plana çəkir.
“Oğlu xidmət etdiyi zaman vəziyyət demək olar ki, sabit idi. Birdən gözlənilməz alovlanma baş verdi”, - agentlik vurğulayıb. /Virtualaz.org/
Oxşar xəbərlər