“Ermənistan cəhənnəmdə addımlayır” – Paşinyan

  • 07 iyun 2020, 10:29
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə koronavirus infeksiyası ilə bağlı çox ağır vəziyyətin yarandığını bildirib.
O qeyd edib ki, hazırda Ermənistanda hospitalizasiya növbəsi gözləyən 200 xəstə var:
“Biz kritik nöqtəyə çatmışıq və artıq cəhənnəmdə addımlayırıq. Hazırda Ermənistanda hospitalizasiya növbəsi gözləyən 200 xəstə var. Səhiyyə sistemi o qədər yüklənib ki, xəstələri xəstəxanalara yerləşdirməyi çatdıra bilmir. Tibbi xidmətin gecikməsi üzündən ölüm halları var. İki xəstə ümumi şöbədə vəfat edib, çünki onları yerləşdirməyə reanimasiyada yer yox idi”.
Hökumətin online keçirilən brifinqində çıxış edən baş nazir qeyd edib ki, ölkədə total özünütəcridə iqtisadi nəticələri ağır olacaq deyə gedə bilmirlər. Sərt karantin tədbirlərinə isə əhali əməl etmir.
Qeyd edək ki, son sutkada Ermənistanda koronavirusa yoluxanların sayı 547 nəfər olub. Artıq bir həftədir ki, ölkədə hər gün yoluxma sayı 500-dən yuxarı olur. İndiyədək 259 nəfər infeksiyadan ölüb.
Oxşar xəbərlər