Gürcüstanın Baş Naziri istefaya gedir

  • 03 iyun 2020, 18:17
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria istefa verir.
Bu barədə “İnterpress news” xəbər agentliyi məlumat yayıb.
Xəbərə münasibət bildirən hakim Gürcü Arzusu partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze isə jurnalistlərə açıqlamasında bunun doğru olmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Mtavari arxi” telekanalı da Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefa verəcəyi və onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin əvəz edəcəyi ilə bağlı məlumat yayıb.
Oxşar xəbərlər