Demokratik TV
Xəbər lenti
Ağ Ev çinli tələbələrin ABŞ-a girişini dayandırıb
- 31 may 2020, 00:49
Ağ Ev Çindən olan bəzi tələbələrin, xüsusən də doktorantura təhsili alanların və tədqiqatçıların ABŞ-a daxil olmasını qadağan edib.
AZƏRTAC xəbər verir ki, Ağ Evin məsələ ilə bağlı yaydığı bəyanatda həmin şəxslər ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilir. İyunun 1-dən qüvvəyə minəcək qadağanın təxminən 3-3,5 min çinli tələbəyə şamil ediləcəyi güman olunur.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bildirib ki, bu cür davranış iki ölkə arasında mədəni münasibətlərə zərər vura bilər. O, ABŞ tərəfini çinli tələbələrə qarşı hər hansı məhdudiyyət tətbiq etməyi dayandırmağa çağırıb.
Çin tərəfi ABŞ-ın ali təhsil ocaqlarının da bu qərara qarşı çıxacağına ümid edir. Qeyri-rəsmi məlumata əsasən, hazırda Birləşmiş Ştatlarda ildə təxminən 360 min çinli təhsil alır ki, onların ümumi xərcləri 14 milyard ABŞ dollarından çoxdur.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) böhranı dövründə tərəflər arasında münasibətlərdə soyuqluq daha da çoxalıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Almaniya Çindən 130 milyard avro təzminat istəyir
İmkansız ailələrdən olan tələbələrin təhsil haqqını dövlət ödəyəcək
ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
Koronavirus Vuhandakı laboratoriyada hazırlanıb - FAKT
Ali məktəblərdə bu imtahanlar LƏĞV EDİLDİ - RƏSMİ
Bəzi magistrlərə şad xəbər! Xərclərinizi dövlət ödəyəcək
Niyə peşə sahibi olmaq istəmirik?
Məmmədyarov fransız tələbələrə çağırış edib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti