Rusiya iqtisadiyyatı bir ayda 12 faiz kiçilib

  • 29 may 2020, 13:51
Aprel ayında Rusiya iqtisadiyyatı illik hesabla 12 faiz kiçilib. Musavat.com xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi açıqlama yayıb.
Açıqlamada kiçilmənin əsas səbəbləri kimi koronavirus pandemiyasına görə ölkədə elan olunmuş qeyri-iş rejimi, digər ölkələrdəki karantin rejimi ilə bağlı xarici ticarət üçün neqativ vəziyyətin mövcudluğu göstərilir. Ümumilikdə bu ilin 4 ayında Rusiya Ümumi Daxili Məhsulu 1,9 faiz azalıb. Nazirlik qeyd edir ki, ən yüksək azalma istehlakçı tələbinə bağlı olan sektorlarda qeydə alınıb. Məsələn, ödənişli xidmətlərin həcmi 37,9 faiz azalıb. Bu, ictimai iaşə, əyləncə, idman, mədəniyyət, turizm sektorlarındakı fəaliyyət məhdudiyyətləri ilə bağlıdır.
Rusiya Bankının hesablamalarına görə, ilin yekununda ölkə ÜDM-i 4-6 faiz azalacaq. Bloomberg agentliyi isə ikinci rübdə azalmanın 16 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bu isə 1990-cı ildən bəri ən kəskin azalma ola bilər.
Oxşar xəbərlər