“Twitter”in işində yenidən nasazlıq yarandı

  • 27 may 2020, 08:48
Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.
Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, Fransa, ABŞ, Yaponiya və Malayziyada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.
Xidmətin məlumatına görə, istifadəçilərin bəzisi (36%) saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 49% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.
İstifadəçilərin 13%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər./report/


Oxşar xəbərlər