Xamenei əfv fərmanı imzalayıb

  • 23 may 2020, 23:08
İranın Ali Rəhbəri Ayətullah Xamenei Ramazan bayramı münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
APA-nın Tehran bürosunun məlumatına görə, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi Ramazan bayramı ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 3721 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.
Oxşar xəbərlər