ABŞ-da fermerlərə 19 milyard dollar veriləcək

  • 19 may 2020, 23:24
ABŞ administrasiyası koronavirus pandemiyasından yaranan zərərlərini qarşılamaq üçün fermerlərə 19 milyard dollar ayırıb.
Bu barədə bu gün prezident Donald Tramp Ağ Evdə aqrar sektorun təmsilçiləri ilə görüşündə açıqlama verib: “Administrasiya yeni genişmiqyaslı proqramın – koronavirusla bağlı ərzaq yardımı təşəbbüsünün icrasına başlayır. Bu proqram çərçivəsində Amerika kənd təsərrüfatı istehsalçılarının və bu sahədə dəyər zəncirinin dəstəklənməsi, həmçinin ailələrə ərzaq yardımı göstərilməsi üçün 19 milyard dollar ayrılacaq. Heç bir prezident bunu etməyib. Siz hətta Avraam Linkolnu da xatırlaya bilərsiniz, heç bir prezident fermerlərin qayğısına Tramp kimi qalmayıb”.
Prezident həmçinin qeyd edib ki, proqram çərçivəsində 16 milyard dollar birbaşa fermerlərə və rançolara gedəcək: “Bu ödənişlər Çinin yaratdığı qlobal pandemiya ilə bağlı itkiləri kompensasiya edəcək. Ötən həftə biz 3 milyard dollarlıq ərzaq almışıq”.
Oxşar xəbərlər