İŞİD dirildi və qətllər törətdi - İraqın Diyala bölgəsi hədəfdə

  • 16 may 2020, 21:24
İŞİD terror təşkilatının İraqın Diyalə şəhərində həyata keçirdiyi akt nəticəsində 3 nəfər həyatını itirib.
Bu barədə İraq hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumatda bildirilib ki, İŞİD Həşdi Şabi terror təşkilatının Diyala bölgəsinin Əl-Büməra kəndindəki mövqelərini hədəf alıb. Hücumda Həşdi Şabinin 2 terrorçusu həlak olub. İki nəfər isə yaralanıb.
Bildirilib ki, İŞİD militanlarının girov götürdüyü 25 yaşlı mülki vətəndaş da terrorçular tərəfindən öldürülüb. Həmin şəxsin cəsədinin Tərmiyyədə aşkar olunduğu qeyd olunub. /teleqraf.com/
Oxşar xəbərlər