Haftarın yerinə Qəzzafinin oğlu gətirilir - İddia

  • 16 may 2020, 12:49
Xəlifə Haftarın (Liviya milli ordusunun rəhbəri) son "istifadə tarixi" bitir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli təhlükəsizlik eksperti Coşqun Başbuğ deyib.
“Bu məxluqdan ümidini kəsən Rusiya və terror pərəstişkarları çox yaxında hamının müzakirə edəcəyi şəxslə əlaqədədir. O şəxs Qəzzafinin oğlu Seyfülislam Qəzzafidir”, - deyə Başbuğ bildirib.
Bəzi mənbələr isə iddia edir ki, gələcəkdə ölkənin rəhbəri məhz Liviyanın qəddarcasına öldürülən liderinin oğlu olacaq.
Qeyd edək ki, bir müddət əvvəl "Blumberq" agentliyi də eyni iddia ilə çıxış etmiş, hətta belə bir təkliflə "Vaqner" xüsusi təhlükəsizlik xidmətinin rəhbəri, "Putinin aşpazı" kimi tanınan Yevgeni Priqojinin çıxış etdiyini yazmışdı.
Oxşar xəbərlər