İran ABŞ-la məhbusları dəyişməyə hazır olduğunu bəyan edib

  • 10 may 2020, 13:30
İran hakimiyyəti məhbusların ilkin qeyd-şərtsiz dəyişdirmək üçün ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib.
APA-nın “Khabar Online” portalına istinadən verdiyi məlumata görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.
Ə. Rabi ABŞ-ın hələlik bu çağırışa cavab vermədiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl “Reuters” ABŞ-ın yaxın vaxtlarda iranlı alim Sirus Əsgərinin İranda saxlanılan ABŞ vətəndaşlarından biri ilə dəyişməyə hazırlaşdığını yazıb. S.Əsgəri koronavirusa yoluxub və hazırda tibbi yardım alır.
Oxşar xəbərlər