Xəbər lenti
Bütün xəbərlər

61 yaşlı Madonna koronavirusdan necə sağalıb? – İlginc iddialar

  • 04 may 2020, 10:57
Ötən gün məşhur amerikalı müğənni Madonna koronavirusla bağlı hər kəsi şoka salan paylaşım edib. 61 yaşlı müğənni sosial şəbəkədəki paylaşımında “Dünən testdən keçdim və anticisimlərə sahib olduğumu öyrəndim. Buna görə maşınımla uzun səfərə çıxacam. Pəncərəni açacam və koronavirus havası alacam” deyə qeyd edib.
Beləliklə, məlum olub ki, Madonna koronavirusla bağlı anticism testindən keçib və nəticəsi pozitiv çıxıb. Bununla da müğənni koronavirusa yoluxub və sağalıb.
Həkimlər bildirib ki, onun qanında koronavirusa qarşı anticismlər var. Müğənninin nə vaxt koronavirusa yoluxduğu və necə sağaldığı məlum deyil. Mütəxəssislər bildirir ki, bəzi insanlarda bu virusla bağlı heç bir simptom göstəriciləri olmur və xəstəliyi ayaqüstə keçirərək sağalır. Madonnanın da bu cür sağaldığı ehtimal olunur.
Anticism testinə gəldikdə isə, mütəxəssislər bildirir ki, orqanizmdə anticismlərin aşkar edilməsi o deməkdir ki, həmin şəxs böyük ehtimalla koronavirus xəstəliyi keçirib.
Madonnanın heç bir simptom göstəricisi olmadan anticism testindən keçməsi, hansı təsadüflə virusa qarşı anticismə sahib olması müzakirələrə səbəb olub. Müğənni bu barədə olan sualları cavabsız qoyub.
Xatırladaq ki, “Eurovision-2019” mahnı müsabiqəsindəki kompozisiyası ilə pandemiyanı əvvəlcədən bildiyi və performansında koronavirusla bağlı mesajlar ötürdüyü barədə iddialar var idi. İndi də müğənninin anticisim testinin pozitiv çıxması və çox rahat şəkildə öz-özünə sağalması bu iddiaları daha da alovlandırıb. Madonnanın virusun var olacağını əvvəlcədən bildiyinə görə özünü təhlükədən sığortaladığı deyilir. /musavat.com/
Oxşar xəbərlər