Ermənistan parlamentində dava düşdü - Video

  • 29 apr 2020, 13:12
Ermənistan parlamentində qalmaqal baş verib.
Milli Asambleyanın sədrinin hakim “Mənim addım” partiyasından seçilən vitse-spikeri Alen Simonyanla, müxalifətdəki “İşıqlı Ermənistan” partiyasının lideri və parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan bir-birlərini təhqir ediblər.
Hər şey “İşıqlı Ermənistan” partiyasının deputatı Ani Samsonyanın tribunadan vitse-spikerin arxasınca danışmasından sonra başlayıb. Özü də həmin vaxt Alen Simonyan zalda olmayıb. Onu fraksiyanın digər deputatları da dəstəkləyiblər.
Daha sonra iclas zalına geri dönən Alen Simonyan isə həmin deputatlara, o cümlədən onun lideri Edmon Marukyana təhqirlər yağdırıb.
Tərəfləri parlamentin spikeri Ararat Mirzoyan sakitləşdirib. /Musavat.com/

Oxşar xəbərlər