Əhali üçün nəzərdə tutulan müavinət məhkumlara da veriləcək

  • 28 apr 2020, 11:13
Yaponiyada hökumətin pandemiyadan zərər çəkən əhali üçün müəyyənləşdirdiyi müavinət həbsdə olan, hətta ölüm hökmü alanlara da veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın ədliyyə naziri Masako Mori məlumat verib. O bildirib ki, müavinət istisnasız olaraq ölkənin bütün ehtiyacı olan sakinlərinə veriləcək.
Qeyd edək ki, bu ayın əvvəlində Yaponiya hökuməti koronavirus pandemiyasından zərər çəkən hər vətəndaşa 100 min yen – təxminən 930 dollar vəsait verilməsi barədə qərar qəbul edib. Vəsaiti almaq üçün vətəndaşlardan tələb olunan yeganə sənəd rəsmi müraciətdir. Hökumət ümid edir ki,yüksək gəliri olan vətəndaşlar müavinət üçün müraciət etməyəcəklər.
Onu da bildirək ki, Yaponiyada pandemiyadan zərər çəkən iqtisadiyyata və əhaliyə yönəlik dəstək paketi 1,1 trilyon dollar olmaqla ölkənin Ümumi Daxili Məhsulunun 20 faizinə bərabərdir.
Oxşar xəbərlər