İtkin alpinistlər bu vəziyyətdə tapıldı (FOTO)

  • 08 mar 2015, 18:29
Meksikada qarın altından 55 il əvvəl itkin düşən alpinistlər tapılıb.

ANS PRESS-in məlumarına görə, bir qrup alpinist 5 min 610 metr hündürlükdə yerləşən Piko de Orizaba zirvəsinə qalxıblar. Orada donmuş buzun üstündə bir cəsədin başını aşkar etdikdən sonra aiddiyyatı qurumlara xəbər veriblər. Həmin yerə gələn səlahiyyətli şəxslər araşdırma zamanı ikinci cəsədi də aşkarlayıblar. İndi həmin cəsədlərin kimə aid olduğu araşdırılır.

Qeyd edək ki, 55 il əvvəl 3 alpinistin itkin düşüb və həmin vaxtdan etibarən onlardan heç bir xəbər alınmayıb. Buna görə də Piko de Orizaba zirvəsində tapılan cəsədlərin 55 il əvvəl itkin düşmüş alpinistlərə aid olduğu güman edilir. Lakin bu mülahizələrin doğru olub-olmaması DNT testindən sonra müəyyən ediləcək.









 
Mənbə