Belarus beynəlxalq təşkilatlardan 2.5 milyard borc istəyir

  • 27 apr 2020, 11:50
Belarus Respublikası beynəlxalq maliyyə təşkilatlarından koronavirus pandemiyası ilə mübarizə üçün 2,5 milyard dollara qədər dəstək almağı mümkün hesab edir. Bu məlumatı yerli mətbuata ölkənin baş nazirinin birinci müavini Dmitri Krutoy açıqlayıb.
Onun sözlərinə görə, Belarusda xarci borc limiti ürəkaçan səviyyədədir: “Bizdə hazırda məqbul rəqəmlərdir. Xarici borc Avropa Birliyindəki orta səviyyədən ciddi şəkildə aşağıdır”.
Belarus hökuməti artıq dəstək üçün vəsaitlərin əldə olunması məqsədi ilə beynəlxalq qurumlarla danışıqlara başlayıb: “Beynəlxalq Valyuta Fondu ilə danışıqlara əsasən bizim kvota çərçivəsində 900 milyon dollar, Dünya Bankından 300 milyon dollar, Avropa İnvestisiya Bankından 300 milyon dollar ala bilərik. Bunlar çox yaxşı məbləğlərdir”.
Qeyd edək ki, bundan əvvəl Avropa Birliyi Şurasında Belarusa yardım edilməsi məsələsinə baxılıb. Təxminən 60 milyon avroluq bir paket üzərində müzakirələr aparılır.
Belarusda koronavirusa yoluxanların sayı 10 mini keçib, 75 nəfərə qədər insan ölüb. Maraqlıdır ki, Belarus prezidenti Aleksandr Lukaşenko koronavirus təhlükəsini ciddi qəbul etməyərək, vətəndaşları araq içməklə ondan qorunmağa çağırırdı... /musavat.com/
Oxşar xəbərlər