Kim Çenlə bağlı daha bir şok: Görüntülər yayıldı

  • 26 apr 2020, 12:37
Keçirdiyi ağır əməliyyatdan sonra komada olduğu bildirilən Şimali Koreya lideri Kim Çen İnin vəziyyətinin ağırlaşdığı ərazinin görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, Vaşinqtonda yerləşən beyin mərkəzlərindən biri Kim Çenin olduğu ərazinin peyk görüntülərini təqdim edib.
Görüntülərdə Şimali Koreya liderinə məxsus qatar yer alıb. Ehtimal olunur ki, Kim Çen İn gəzintiyə həmin qatarla gedib.
“Röyter” agentliyi isə həmin qatarın turizm bölgəsində olduğunu bildirib.
Məlumata görə, həmin qatar 21-23 aprel tarixlərində Vonsandakı dəmiryol stansiyasında olub. Qeyd olunub ki, Kim Çen İn ölkənin şərqindəki xüsusi bir ərazidə qalır.
Oxşar xəbərlər