Demokratik TV
Xəbər lenti
Türkiyədə "komendant saatı" başladı - İLGİNÇ FOTOLAR
- 11 apr 2020, 14:12

"Demokratik.Az"-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində Zonquldağ vilayətində və ölkənin 30 şəhərində sakinlərin 48 saat ərzində evlərindən çıxışına qadağa tətbiq edilib.
Ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, qadağa 11 aprel saat 00:00-dan 13 aprel saat 00:00-a kimi qüvvədə qalacaq. Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbəkır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van kimi şəhərlərdə sakinlərin küçəyə çıxması məhdudlaşdırılacaq.
Nazirlik qadağanın təfərrüatlarını media üzərindən paylaşıb və iş yerləri, müəssisə və qurumlara xəbərdarlıqlar edib.
Qadağanın tətbiqi Türkiyənin şəhərlərində maraqlı mənzərə yaradıb.
İstanbulda və digər böyük şəhərlərdə səhər saatlarında yolların boş olduğu görünür. İstanbul yollarında ənənəvi nəqliyyat sıxlığı 8 faizə qədər azalıb. Yalnız avtobusları gözləyən vətəndaşlar dayanacaqlarda diqqət çəkib.
Komendant saatı səbəbiylə Taksim Meydanı da boşalıb. Metrolar da fəaliyyətini durdurub.
Paytaxt ANKARA da qadağaya tam uyur...
Yeni növ koronavirusla mübarizə çərçivəsində (Covid-19) komendant saatı başlayandan sonra paytaxt Ankarada da küçə və meydanlar boş qalıb. Ölkənin digər şəhərlərində də əhali qadağaya sayğı ilə yanaşıb, #evdehayatvar devizi ilə razılaşıblar...













Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Türkiyədə PKK-nın silah-sursat anbarları tapılıb
Mübariz Mənsimov sərbəst buraxılıb
Türkiyədə başlayan meşə yanğınları davam edir
Türkiyədə 28 terrorçu zərərsizləşdirilib
Ərdoğanın baş müşaviri kimdir? - DOSYESİ
Qənirə Ataşova Azərbaycandan getdi
Rusiya taxıl məhsullarının ixracına qadağa qoyub
Türkiyədə İŞİD-in "rabitə naziri" saxlanıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti