Demokratik TV
Xəbər lenti
Yeni virusların meydana gəlmə səbəbləri açıqlandı
- 09 apr 2020, 15:38
Xarici media xəbərlərinə görə, bu barədə “Royal Society Publishing” elmi jurnalında dərc olunan araşdırmada deyilir.
Mütəxəssislər yeni yoluxucu xəstəliklərin yaranması və yayılmasını təbiətin insanlar tərəfindən məhv edilməsini ilə əlaqələndirib. Viruslar ilk növbədə heyvanlara hücum edir, lakin onlar tez-tez mutasiya edə və insan orqanizmində həyata uyğunlaşa bilər. Yeni ölümcül virusların ortaya çıxması ovçuluq, yaşayış yerlərinin deqradasiyası və urbanizasiya nəticəsində heyvan populyasiyalarının məcburi köçürülməsi ilə əlaqədardır.
İnsanlara uyğunlaşan vəhşi heyvan virusları ilə bağlı 2013-cü ildən əvvəl yayılan məlumatları müqayisə edən alimlər epidemiyanın ən çox məməlilər tərəfindən yayıldığını müəyyən edib. Xüsusilə ev heyvanları vəhşi nümayəndələrə nisbətən insanlara səkkiz qat daha çox virus ötürür. Yarasalar, gəmiricilər və primatlarsa zoonotik infeksiyaların tipik daşıyıcıları adlandırılıb.
Urbanizasiyanın və insan fəaliyyətinin planetdəki heyvanların müxtəlifliyini azaltmasına baxmayaraq, bəzi növlər son dərəcə çoxalıb. Alimlərin fikrincə, yarasalar da onlara aiddir, onlar insan davranışlarına yaxşı uyğunlaşıblar. “Vəhşi heyvanlarla təhlükəsiz şəkildə yaşamağın yollarını tapmalıyıq, çünki onlar bütün bəşəriyyət üçün infeksiya təhlükəsi yaradır”, – deyə Kaliforniya Universitetinin epidemioloqu Kristina Conson bildirib. (publika.az)

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Korona virusu barədə HƏR ŞEY ÜZƏ ÇIXDI
ŞOK! Ərdoğan COVID-19 haqqında pandemiyadan bir il əvvəl bilirmiş ?
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
DÜNYANI SARSIDAN “TOPPUZ BAŞLI” – Koronavirus nədir və ..?
"Çantasında 3 növ təhlükəli virus aparan çinli alimi həbs etmişik" - FBİ
Koronavirus burada hazırlanıb: Sensasion iddialar
"Elə məmur var ki, evində meymun saxlayır, onu evləndirir də..." - Hafiz Hacıyev
Yeni internetvirus növü tapılıb - SOS
Bakının sahibsiz it problemi: çıxış yolu -ARAŞDIRMA
Koronavirus Vuhandakı laboratoriyada hazırlanıb - FAKT
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti