Xəbər lenti
Bütün xəbərlər

"Boeing"i Rusiya vurub

  • 07 mar 2015, 19:23
Donetsk səmasında qəzaya uğramış "Malayziya Hava Yolları"na aid "Boeing" təyyarəsinin istintaqında bütün izlər tək bir istiqamətə aparır.

ANS PRESS-in məlumatına görə, araşdırılmış milyondan artıq sənəd, foto və videomaterial sərnişin təyyarəsinin Rusiyaya məxsus "Buk" zenit-raket kompleksi vasitəsilə vurulduğunu göstərir. Atəş də, çox güman ki, rus ekipajı tərəfindən həyata keçirilib.

Niderlandın ən iri teleşirkətlərindən biri olan NOS yerli hüquq-mühafizə orqanlarına istinadən hazırladığı materialda bu barədə məlumat verir.

Yazıda istintaqın gedişində prokurorluqla xüsusi xidmət orqanları arasında müəyyən gərginliklər yaşandığı da bildirilir. Daha dəqiqi, xüsusi xidmət orqanları istintaq üçün bəzi mühüm məlumatları prokurorluqdan gizlədirlər. Prokurorluqdakı mənbənin məlumatına görə, təhlükəsizlik qurumunun istintaqın gedişinə maneçilik yaratması ölkənin siyasi hakimiyyətinin bu hay-küylü cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini istəməməsi ilə bağlı ola bilər.