Demokratik TV
Xəbər lenti
Tramp koronavirusa qarşı iki dərmanın adını çəkdi
- 22 mart 2020, 23:53

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ağ Ev rəhbəri rəsmi tvitter hesabında hidroksixloroxin və azitromisindən sınaq kimi istifadə etməyi məsləhət bilib.
Tramp yazıb ki, tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirmək üçün real imkanlar var: "Birlikdə götürülmüş qidroksixloroxin və azitromisin tibb tarixində ən əhəmiyyətli dəyişikliklərdən biri olmaq üçün real şansa malikdirlər. FDA (Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə İdarə – red.) böyük uğura imza atıb".
ABŞ lideri ümid etdiyini bildirib ki, həmin dərmanlar tezliklə istifadəyə veriləcək: “İnsanlar ölürlər, cəld hərəkət etmək lazımdır. Tanrı hər kəsi qorusun".
Qeyd edək ki, Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə İdarə— Səhiyyə Nazirliyi və ABŞ-ın sosial xidmətləri agentliyi olaraq ölkənin federal icraçı departamentlərdən biridir.
Lakin bir sıra tibbi ekspertlər dərhal bu açıqlamanın əsassız olduğunu qeyd ediblər. Məsələn, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun icraçı direktoru Entoni Fausi həmin dərmanların müsbət nəticə verib-verməyəcəyi barədə suala "yox" cavabını verib.
"Buna dair heç bir kliniki sınaq və sübut yoxdur",- deyə Dr. Fausi qeyd edib.
Onu da xatırladaq ki, hidroksixloroxin malyariya xəstəliyinə qarşı istifadə olunan dərman kimi tanınır. Azitromisindən isə antibiotik kimi istifadə olunur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Koronavirusa qarşı peyvənd hazırlanıb
Şahin Mustafayev bu səlahiyyətləri itirdi - QƏRAR
Yeyinti məhsullarına dövlət nəzarəti qaydaları dəyişdirilib -İZAH
Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq
Gəncədə şəkərli xəstələrə verilən pulsuz insulin norması niyə azaldılıb?
"Putini çox ağıllı adamdır”
Tramp həyat yoldaşının adını səhv yazıb
Azərbaycanda qida təhlükəsizliyi - zəhərlənmələrin sayı niyə artır?
Washington Post: ABŞ-ın yeni prezidentinin adı məlum oldu
Tramp İslamı ləkələməyə çalışır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti