Demokratik TV
Xəbər lenti
Koronavirusu Çinə ABŞ ordusu yayıb - İddia
- 13 mart 2020, 13:17

Axar.az xəbər verir ki, bu iddianı Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician Tvitter hesabında paylaşıb.
XİN sözçüsü ABŞ Xəstəliklərin İdarə edilməsi və Qarşısının alınması Mərkəzinin direktoru Robert Redfieldin də olduğu videogörüntünü paylaşaraq, onun daha əvvəl qripdən ölən Amerika vətəndaşlarında koronavirus aşkarlanması ilə bağlı dediyi sözləri xatırladıb:
“R.Redfield bu açıqlama ilə özünü ifşa edib. Bilmək istəyirik ki, ABŞ-da koronavirusa yoluxan ilk xəstə nə vaxt aşkarlanıb? Neçə nəfər virusa yoluxub? Mənim fikrimcə, pandemiyanı Uhana yayan ABŞ ordusudur. Dürüst olun. ABŞ bizə açıqlama borcludur”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, Çində virusdan ölənlərin sayında azalmalar baş verib. Son 24 saatda koronavirusdan 7 nəfər həyatını itirib. Ümumilikdə ölkə üzrə pandemiyadan 3 min 179 nəfər ölüb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Koronavirus Xameneinin ailəsini də vurdu
Çində koronavirus qurbanlarının sayı 2663 nəfərə çatıb
Nyu Yorkda koronavirusa yoluxanların sayı artdı - FOTO
"Çelsi"nin futbolçusunda koronavirus aşkarlandı
Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artdı
Azərbaycanda daha 2 şəxsdə koronavirus aşkarlanıb
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Koronavirusla bağlı yalan xəbər yayanlara XƏBƏRDARLIQ
Koronavirus Azərbaycandan mikroavtobusla “keçdi”: 186 nəfər karantində
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti