Suriyada gəlişmə! Türkiyə Əsəddən sonadək qisas alacaq

  • 03 mart 2020, 09:08

Rejim ordusu və onun müttəfiq qüvvələri darmadağın ərəfəsində; Ərdoğan Moskvaya etibarlı “Bahar qalxanı” ilə gedir; rusiyalı icmalçı: “Kreml Türkiyənin geri çəkiləcəyini düşünməkdə dəhşətli şəkildə yanılıb...”

Türkiyə ordusu Suriyada “Bahar qalxanı” əməliyyatını misli görünməmiş qətiyyətlə davam etdirir. Artıq aydındır ki, bu, əvvəlki əməliyyatların (“Zeytun budağı, ”Barış çeşməsi") heç birinə bənzəmir və hədəf qat-qat ciddidir: Rusiya və İrana güvənən Əsəd rejiminin hərbi dayaqlarını darmadağın edərək, ölkənin milli təhlükəsizliyinə real təhdidi birdəfəlik aradan qaldırmaq, eyni zamanda 34 türk əsgərinin qisasını almaq.
Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə rəsmilərinin, Türkiyənin zarafat etmədiyini indi Rusiya və İran da daxil, bütün dünya əyani görür. Bu xüsusda türk hərbçilərinin qətlindən dərhal sonra Ərdoğanın köməkçisi Məsud Haqqının Rusiyanın ünvanına söylədiyi sərt sözləri yada salmaq da olar. Suriyada savaşa hazır olduqlarını deyən prezident rəsmisi söyləmişdi: “Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”.
Yeri gəlmişkən, rusiyalı təhlilçilər və KİV-lər belə bir xəbərdarlığın ilk dəfə Türkiyənin yüksək çinli rəsmisinin dilindən səslənməsinə və vəziyyətin kritik olmasına məxsusi diqqət çəkir, paralel surətdə Türkiyə xalqının, bütövlükdə Türk toplumunun Ərdoğan hökuməti ilə həmrəy olmasını ciddiyə almağın zəruriliyini vurğulayırlar.     
*****
idlib de ile ilgili görsel sonucu
O da diqqətçəkicidir ki, Suriyada hədəfə alınaraq məhv edilən rejim hərbi qüvvələri arasında Rusiyadan alınan döyüş sistemləri üstünlük təşkil edir. Göründüyü kimi, Moskvanın verdiyi silahlar daha Əsədin dadına çata bilmir. Bunu rusiyalı müşahidəçilər də açıq etiraf etməyə başlayıblar.
“Çoxsaylı qaynaqların tədqiqindən sonra bunu demək olar ki, son günlər Türkiyə Suriyadakı Əsəd rejimini, Rusiya və İranın qoşunlarını darmadağın eləməkdədir. Təkcə son bir neçə gündə onların Hələbdəki və İdlibdəki itkiləri artıq yüzlərlə adam, onlarla hərbi texnika vahidi hesabı ilə ölçülür”.
Aleksandr Kuşnar ile ilgili görsel sonucu
“Yeni Müavat”ın Minval.az-a istinadən verdiyi məlumata görə, bunu rusiyalı icmalçı və jurnalist Aleksandr Kuşnar öz şərhində yazıb.
Şərhdə daha sonra deyilir: “Ankara artilleriyanı və Hərbi Hava Qüvvələrini (hələlik daha çox dronları) hərəkətə gətirib. ABŞ dövlət katibi bəyan edib ki, Ankaraya kömək variantlarını nəzərdən keçirir. Şəxsi təcrübəmdən bilirəm ki, amerikalılar belə bəyanatları boşuna vermirlər (ABŞ başda olmaqla, Qərb Türkiyə kimi, Əsəd rejiminin süqutunda maraqlıdır - ”YM"). Kreml rusiyalıların türklərə xain zərbəsindən sonra Ərdoğanın geri çəkiləcəyini düşünməkdə dəhşətli şəkildə yanılıb. Türkiyənin Suriyada genişmiqyaslı əməliyyatından cəmi üç gün keçib. Amma artıq hər gün yüzlərlə əsgər və texnika itirən Əsədin qoşunları əzilib və məhv edilib. Rusiya aviasiyasının da daha səsi çıxmır. Suriya müxalifəti (Türkiyəyə bağlı - “YM”) bazar günü səhərə demək olar, 30 şəhəri ələ keçirib - hansı ki, yaxınlaradək Dəməşqin nəzarətində idi. Sutka boyu Türkiyə dronları və ağır artilleriya işləyir. Hələ Ankara F-16-larını hərəkətə gətirməyib - hansılar ki, Türkiyə arsenalında 250 ədəddir. Əsədin Hələbdəki mühüm obyektləri - aeroport və çəllək bombaları istehsal edən zavod dağıdılıb. İllərdir bu bombalar dinc insanların başına yağdırılırdı. Rusiyalı müxbir hadisə yerindən xəbər verir ki, türklər gecə-gündüz, istənilən hərəkət edən hədəfi dronlardan vururlar".

Şərhdə proseslərin Moskva üçün yaxşı heç nə vəd eləmədiyi barədə xəbərdarlıq da yer alır. “Əsədçilər illər boyu öyrəşmişdilər ki, onların əvəzinə bütün problemləri Rusiya təyyarələri həll edəcək. Artıq Əsəd ordusu bu üstünlüyü itirib. Amerikalı müşahidəçilərin təxminlərinə görə, indiki templərin saxlanacağı təqdirdə ən yaxın zamanda əsədçilər döyüş meydanından qaçacaqlar, çünki onların, sadəcə, insan resursu qalmayacaq və ehtiyatda yalnız yeniyetmələr olacaq. Türkiyədə xain hücuma görə qisas vəd eləmişdilər. Budur, onlar sözlərini tuturlar. Rusiya KİV-ləri susur, qızdırma içində uydurmağa çalışır ki, Ankaranın Moskvanı və ona müttəfiq Dəməşq və İran rejimini təhqiramiz məğlubiyyətə uğratmasını necə təqdim eləsin”, - deyə rusiyalı şərhçi sonda əlavə edib.
idlib de ile ilgili görsel sonucu
*****
Bu arada prezident Vladimir Putin İTAR-TASS-a verdiyi açıqlamada Rusiyanın heç bir ölkə ilə savaşmaq fikrində olmadığını bəyan edib. Bir gün qabaq isə rəsmi Moskva Əsəd rejiminin İdlibdə hava məkanının bağlaması səbəbi ilə türk təyyarələrinin təhlükəsizliyinə Rusiyanın zəmanət verə bilməyəcəyini bəyan eləmişdi. Bir çox siyasi və hərbi təhlilçilərə görə, əslində bu mesaj Türkiyəyə bəd niyyətlə verilməyib.   
“Rusiyanın İdlib hava məkanının bağlanılması ilə bağlı verdiyi mesaj mümkün qarşıdurmalarda Türkiyə tərəfinin itki verməməsi üçün edilən bir dost xəbərdarlığıdır”.
Həsən oqtay ile ilgili görsel sonucu
Bu sözləri Axar.az-a açıqlamasında türk ekspert Həsən Oqtay deyib. Onun sözlərinə görə, Türkiyə “Bahar qalxanı” hərəkatında bütün ehtimalları hesablayaraq mübarizəsini davam etdirəcək: “Hava məkanının bağlanması Türkiyə ordusunun əməliyyatına mane ola bilməz və türk ordusu hədəflədiyi kimi ”Bahar qalxanı" əməliyyatını başa çatdıranadək yolundan dönməyəcək. İdlibdə şəhid edilən 33 əsgər üzərində mübahisə davam edir".
Ekspertin fikrincə, Vladimir Putin əslində Rusiyanın heç kimlə müharibəyə getmək niyyətində olmadığını dilə gətirərək gərginliyi azaltmaq yönündə bir addım atıb: “Türkiyə öz növbəsində başlatmış olduğu ”Bahar qalxanı" hərəkatı ilə əsgərlərini şəhid edən Suriya rejim gücləri daxilindəki terrorçu qruplara və Mahir Əsədə tabe olan legionerlərin toplandığı nöqtələrə hücumlar həyata keçirir. Bəşər Əsəd türk ordusunun iradəsini görməli idi və görür. Bütün bu baş verənlərin fonunda Rusiyanın hava məkanı ilə bağlı verdiyi şərh son dərəcə əhəmiyyətlidir və Suriyada Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymaq istəyən güclərə verilən açıq cavabdır. 5 martda Ərdoğan və Putin Moskvada təkbətək görüşəcəklər. Bu görüşlə tərəflər Suriyadakı sülhün açarının öz əllərində olduğunu bütün dünyaya göstərəcəklər".
syria Assad ile ilgili görsel sonucu
*****
Məsələ də ondadır ki, Ərdoğan Moskvaya Putinlə görüşə artıq etibarlı “Bahar qalxanı” ilə gedir. Müşahidələr həmçinin onu söyləməyə əsas verir ki, qardaş ölkənin budəfəki əməliyyatını Rusiya hansısa “pomidor” sanksiyaları ilə, öz marioneti Əsədin naminə durdura bilməyəcək. Həm də o səbəbə ki, artıq Rusiyanın özü də Türkiyədən güclü şəkildə maliyyə-iqtisadi asılılığa gəlib.
“Türk axını” qaz kəməri, ile ilgili görsel sonucu
Moskvada Ankara ilə imzalanmış on milyardlarla dollar əlverişli müqavilələrdən (artıq işə düşən “Türk axını” qaz kəməri, inşasına başlanan Akkuyu AES, satışı həyata keçən, lakin hələ işə salınmayan S-400 zenit-raket kompleksləri) imtinanın nə demək olduğunu yəqin ki, anlayır və hesablayırlar. Üstəlik, iqtisadiyyatı sanksiyalar altında olan və getdikcə zəifləyən bir dövlət üçün bu, ikiqat böyük ziyan demək olardı.
Ən əsası, Rusiya Əsədə görə bölgədə və dünyada Türkiyə kimi güclü və vazkeçilməz tərəfdaşını, yeganə NATO üzvünü itirə bilər. Ərdoğan rəsmisinin dediyi kimi, Rusiyada “onu içindən parçalayacaq 25 milyon müsəlman”ın yaşadığı da nəzərə alınarsa, öz xalqının qəniminə çevrilən və sivil dünyanı çoxdan cana doydurmuş Bəşər Əsədə görə belə fantastik itkilərə dəyərmi?.. “Yeni Müsavat”/
Oxşar xəbərlər