Koronavirus Xameneinin ailəsini də vurdu

  • 01 mart 2020, 13:24
İranın dini lideri Ayətullah Əli Xameneinin nəvəsində koronavirus aşkarlanıb.
Bu barədə ərəb mediası məlumat yayıb.
İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur yeni tip virus səbəbilə 43 nəfərin həyatını itirdiyini, ötən gündən bu yana 205 nəfərdə yoluxmanın qeydə alındığını bildirib:
"Koronavirus əsasən Tehran, Qum, Mazandaran, Gülüstan və Gilan əyalətlərində yayılıb. Xəstəxanalara yatırılanların 10-15%-də testlər müsbət nəticə verib. 123 nəfər isə evə buraxılıb".
İran parlamentinin 100 millət vəkilindən 5-də yeni tip virus aşkarlanıb./publika.az/
Oxşar xəbərlər