Xəbər lenti
Bütün xəbərlər

Türkiyə Suriya ordusuna ağır zərbələr endirir

  • 28 fev 2020, 07:30
Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib. Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq.
“Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyada davam edən fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.
Xatırladaq ki, İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 29 əsgəri şəhid olub.
Oxşar xəbərlər