Ərdoğan orduya Suriyadakı S-300 sistemlərinin məhv edilməsini tapşırdı

  • 27 fev 2020, 17:43
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın orduya Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi barədə tapşırıq verdiyi iddia olunub.
Bu haqda Rusiyanın Free News nəşri məlumat yayıb. Xəbərdə Ərdoğanın Məclisdəki çıxışına istinad edildiyi qeyd olunub.
Xatırladaq ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sessiyasında çıxışı zamanı İdlibdə ən böyük problemin hava məkanından istifadə edilə bilməməsi olduğunu demiş və yaxın zamanda bunun da həll yolunu tapacaqlarını bəyan etmişdi.
Yazıda həmçinin bildirilib ki, Türkiyənin uzunmənzilli raketləri var, lakin yenə də Suriyadakı S-300 bazalarına çatmır. Ankaranın taktiki silah işlətməsi mümkündür. Amma bu tip hərəkətlər Şamın Türkiyə torpaqlarına hücumla qarşılıq verməsinə gətirib çıxara bilər. /qaynarinfo/
Oxşar xəbərlər