Demokratik TV
Türkiyə İranla sərhədləri koronavirusa görə bağladı
Türkiyə İranda ölümlə nəticələnən yeni tip koronavirus (Kovid-19) səbəbi ilə İranla bütün sərhəd qapılarını bağlayıb.

Türkiyə İranla mövcud olan 3 sərhəd qapısı ilə yanaşı, Naxçıvanla sərhəd qapısını da tədbirlərə görə qapadıb. Bu tədbirlər təyyarə uçuşlarına da tətbiq edilib. İrandan Türkiyəyə uçacaq bütün reyslər ləğv olunub.
Qeyd edək ki, İranda yeni növ koronavirusdan ölənlərin sayı 8-ə, ümumi xəstə sayı isə 43-ə çatıb.
Xatırladaq ki, bu gözlənti hələ bir neçə gün öncədən də mövcud idi. Belə ki, bir neçə gün öncədən "Gürbulaq Gömrük qapısı"nda İrandan Türkiyəyə gələn bütün şəxslərin termokameralar vasitəsilə yoxlanıldığı bildirilmişdi. F.Koca Türkiyə Respublikası olaraq İran xalqının yanında olduğunu bildirmişdi...
Demokratik.Az

